Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forumun açılış mərasimi keçirilib – FOTOSESSİYA

Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forumun açılış mərasimi keçirilib – <font color=red>FOTOSESSİYA</font>
# 29 oktyabr 2012 10:54 (UTC +04:00)
Bakı-APA. Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forumun açılış mərasimi keçirilib. Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, mərasimdə gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa İttifaqı "Gənclər Fəaliyyətdə" proqramının Polşa Milli Agentliyinin Direktoru Tomasz Bratek, SALTO Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzinin Koordinatoru Andriy Pavlovych və Avropa İttifaqının Siyasi, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin müdiri Toralf Pilz çıxış edərək, forum iştirakçılarına uğurlar arzu ediblər. Daha sonra Gənclər Fondunun əməkdaşı Nərminə Əliyeva forum iştirakçılarına Fondun təqdimatını keçirib, fəaliyyət istiqamətləri və müraciət qaydaları haqqında ətraflı məlumat verib. Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Morokko, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak etdiyi forum 3 paneldə davam edəcək. Panellərin mövzuları “Gənclər Fəaliyyətdə” Proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, “Gənclər Fəaliyyətdə” proqramının mənim regionuma təsiri və reallıqlar, gələcək perspektivlərdir. Bununla yanaşı, forumun rəsmi açılışından sonra iştirakçılar təqdimatlar keçirəcək, diskussiyaların nəticələrini müzakirə edəcəklər.

Qeyd edək ki, forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR