Azər Mirzəyev: “Ayağa durmaq üçün hər şey edirəm”

Azər Mirzəyev: “Ayağa durmaq üçün hər şey edirəm”
# 04 oktyabr 2012 14:39 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Azər Mirzəyev deyib.

“Napoleon” tamaşası üçün əsəri rus və fransız dillərindən tərcümə etdiyini deyən A.Mirzəyev səhnə əsərinin premyerasının uğurlu olmasına sevindiyini deyib: “Tamaşaçıların görüşünə məhz bu tamaşa ilə gələcəyəm. Evdəyəm və müalicə alıram. Hazırda problemim bir aydan artıq müddətdə yataqdan qalxmadığıma görə hərəkətlə bağlıdır. İndi məni hərəkətə gətirmək yönündə müalicə kursu həyata keçirilir, məşğələlər edilir. Ümumiyyətlə, insan gərək sağlamlığına baxsın. Ən yaxşı həkim insanın özüdür. Ola bilər ki, mən özümü çox işə vermişəm, sağlamlığıma diqqət yetirməmişəm və indi də bu cür hallar yaşanır. May ayında insult keçirəndən sonra istirahət etmişəm, özümü işə verməmişəm. Görünür, bu da bir bəladır, heç anlaya bilmirəm nədən oldu. Görək bu bəladan qurtarandan sonra nə olacaq. Bunu heç nəylə bağlamaq düzgün deyil. İşləyən aktyor ora qaçır-bura qaçır və bir də görür sağlamlıq əldən gedir...”

A.Mirzəyev hazırda sağlamlığında problemlər yaşayan sənət dostlarına da şəfa diləyib. Aktyor Akademik Milli Dram Teatrının rəhbərliyindən tutmuş hər bir işçisi tərəfindən daima diqqətdə saxlanıldığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR