«Atəşgah» sığorta şirkəti yeni on-line xidmət layihəsinə başlayıb

«Atəşgah» sığorta şirkəti yeni on-line xidmət layihəsinə başlayıb
# 08 oktyabr 2012 10:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti avtomobillərin sığortası üçün on-line xidmətlərlə bağlı yeni layihənin icrasına start verib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət vasitəsi ilə istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmadan öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru (http://sigorta.auto.az/ ) vasitəsilə icbari və «KASKO» polislərinin dəyərini hesablamaqla on-line rejimdə onları sifariş edə bilər.

Sığorta polisi «Atəşgah» sığorta şirkətinin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.

Qeyd edək ki, «Atəşgah» sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR