Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 9% artıb

Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 9% artıb
# 17 oktyabr 2012 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 387,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 413,4 manat, qeyri-neft sektorunda 358,7 manat, dövlət bölməsində 326,4 manat, özəl bölmədə 485,9 manat təşkil edib.

«Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 212,8 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 371,8 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR