Xaçmazda “Mercedes” iki piyadanı vurub, 16 yaşlı gənc ölüb

Xaçmazda “Mercedes” iki piyadanı vurub, 16 yaşlı gənc ölüb
# 08 oktyabr 2012 11:38 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Ötən gün Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Xudat şəhərində Ramin Hüseynov idarə etdiyi 10 UD 973 dövlət nömrə nişanlı avtomaşınla piyadalar - 16 yaşlı Xudat şəhər sakini Rauf Şaxanurovu və 50 yaşlı Səddəf Balaqadaşovu vurub.

R.Şaxanurov Xudat xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. S.Balaqadaşov isə ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR