Azərbaycanda maşın dərəyə aşıb, iki nəfər ölüb

Azərbaycanda maşın dərəyə aşıb, iki nəfər ölüb
# 14 sentyabr 2012 06:44 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza ötən gün axşam saatlarında Samur-Həzrə yolunun 5-ci km-də qeydə alınıb.

İmişli rayon sakini, 1963-cü il təvəllüdlü Səxavət Etibar oğlu Rzayevin idarə etdiyi “Volkswagen Touareg” markalı avtomaşın dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Tabasaran rayon sakini Ruslan Ramazanoviç İbrahimov hadisə yerində ölüb. Sürücü S. Rzayev isə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR