Lənkəranda avtomobildə yanğın baş verib

Lənkəranda avtomobildə yanğın baş verib
# 26 oktyabr 2012 21:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda minik maşınında yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə Ələt-Astara magistralının Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəranın Girdəni kənd sakini, 1991-ci il təvəllüdlü Nizami Sərdar oğlu Xəlilovun idarə etdiyi “VAZ-2103” markalı, 22 BB 381 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən onun mühərrik hissəsində qəfildən yanğın baş verib. İdarəetməni itirən sürücü özünü maşından yerə atmağa macal tapıb. Maşın isə maneəyə dəyərək dayanıb. Hadisə yerinə çağırılan yanğınsöndürən briqadanın səyləri nəticəsində avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Xoşbəxtlikdən sürücü xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR