Gennadi Züqanov: ““Qazprom” iflasa uğraya bilər”

Gennadi Züqanov: ““Qazprom” iflasa uğraya bilər”
# 29 oktyabr 2012 08:46 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Son 20 ildə Rusiyadan 2 trilyon ABŞ dolları məbləğində nəğd pul çıxarılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov partiyanın iclasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın böyük şirkətlərində xaricilərin payının artması ölkə iqtisadiyyatının təhlükə içərisində olduğunun göstəricisidir: “Bu səbəbdən nəhəng enerji şirkəti “Qazprom” iflas edə bilər. Hazırkı hakimiyyət öz mənafeyi naminə bütün bunlara göz yumur”.

Kommunist lider Rusiyanın ən böyük bankı olan “Sberbank”ın 50 şərikinin önəmli hissəsinin ABŞ, Kanada və İngiltərə vətəndaşları olduğunu söyləyib: “Təkcə ötən il ölkədən 84 milyard ABŞ dolları çıxarılıb. Bütün bunlara baxmayaraq, hökumət hələ də dövlət şirkətlərinin önəmli bir qismini özəlləşdirməyə davam edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR