Son üç ayda Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 1463 müraciət daxil olub

Son üç ayda Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 1463 müraciət daxil olub
# 22 oktyabr 2012 09:03 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu ilin iyul-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 1463 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 700-ü şikayət, 293-ü sorğu xarakterli, 410-u isə cari problemlərlə bağlı olub, 60 müraciət aidiyyəti üzrə olmayıb.

Məlumatda bildirilir ki, “Qaynar xətt”ə daxil olmuş bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR