Azərbaycanda dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı 400-ə çatıb

Azərbaycanda dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı 400-ə çatıb
# 05 noyabr 2012 11:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dövlət qurumlarının elektron xidmətlərinin göstərilməsi ilə bağlı Nazirlər Kabinetinin yeni qərarı ilə elektron xidmətlər göstərən dövlət qurumlarının siyahısı təzələnib və dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin çeşidi artırılıb. «APA-Economics»in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Onun sözlərinə görə, eyni zamanda bu qərarda dövlət qurumlarının göstərdiyi ən əsas xidmətlərin elektron vasitəsi ilə həyata keçirilməsi əksini tapıb: «Yəni, qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, elektron xidmət tam dövrü, yəni sənədin və ya hansısa müraciətin icrasının tam dövrünü əhatə etməlidir. Vətəndaş bu xidmətdən istifadə edərkən, hətta ödəniş tələb olunan hallarda da ödənişi onlayn üsulla həyata keçirmək imkanına malik olmalıdır. Əgər sənəd alınması tələb olunursa, bunu da elektron yolla edə bilməlidir».

E.Vəlizadə bildirib ki, adı çəkilən qərarın qəbulu ilə dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı 400-ə çatdırılıb: «Bunun özü böyük rəqəmdir ki, Azərbaycanda bütün dövlət qurumları onun icrasına başlayıb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR