Bakının 245 saylı məktəbində aparılan mantu sınağından sonra şagirdlərin vəziyyətinin pisləşməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Bakının 245 saylı məktəbində aparılan mantu sınağından sonra şagirdlərin vəziyyətinin pisləşməsinin səbəbi açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 17 oktyabr 2012 12:42 (UTC +04:00)
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş həkiminin müavini Rauf Nağıyev APA-ya bildirib ki, mantu sınağından sonra şagirdlərdə allergik reaksiya baş verməyib. Onun sözlərinə görə, şagirdlərdə qorxudan bayılma halı olub: “Allergik reaksiyanın əlamətləri başda cürdür. Bu zaman insanda qaşınma, təngnəfəslik, dəridə səpilər, beyin-qan dövranında kəskin dəyişikliklər gedir. Şagirdlərdə belə əlamətlər olmayıb. Sadəcə iynədən qorxublar və bayılma halı müşahidə edilib”.

R. Nağıyev bildirib ki, xəstəxanaya yerləşdirilən şagirdlərin də vəziyyətləri yaxşılaşıb və onlar evə buraxılıblar.


***

saat 14.51

Bu gün Bakının Xətai rayonu ərazisində yerləşən 245 saylı məktəbdə şagirdlər arasında mantu sınağı aparılandan sonra bəzi şagirdlərdə allergik reaksiya baş verib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, 9-10-cu sinif şagirdlərindən 7 nəfərə yerində yardım edilib, 4 nəfər isə 6 saylı Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.

Z. Vahidova bildirib ki, mantu sınağı Xətai rayonundakı 4 saylı uşaq poliklinikası tərəfindən aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR