Azərbaycan Dövlət Neft Şirkəti büdcəyə ödənişləri artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcəyə ödənişləri artırıb
# 16 oktyabr 2012 15:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin sentyabr ayında dövlət büdcəsinə 119,940 mln. manat vəsait ödəyib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2012-ci ilin yanvar-sentyabr aylarında büdcəyə 1 033,849 mln. manat ödənilib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.

Bundan əlavə, sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13,775 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin sentyabr ayına nisbətən 19,8% çoxdur.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118,697 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR