Azərbaycan Mərkəzi Bankı tender keçirir

Azərbaycan Mərkəzi Bankı tender keçirir
# 24 avqust 2012 08:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət olan birləşdirilmiş sığorta paketi proqramı üzrə tender elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, tender prosedurası bu ilin oktyabr ayının 5-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını oktyabrın 4-dək AMB-yə təqdim edə bilərlər.

Qeyd edək ki, tenderdə iştirak haqqı 200 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR