Azərbaycanın kənd təsərrüfatında təyinatlı kreditlərin sığortalanmaması mikromaliyyə sektorunun inkişafını ləngidir

Azərbaycanın kənd təsərrüfatında təyinatlı kreditlərin sığortalanmaması mikromaliyyə sektorunun inkişafını ləngidir
# 04 oktyabr 2012 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda mikromaliyyəşdirmə sahəsinin inkişafını ləngidən əsas səbəblərdən biri kənd təsərrüfatı təyinatlı kreditlərin sığortalanmaması, əhalinin kredit mədəniyyətinin tam formalaşmaması ilə bağlıdır. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyası İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib.

S.Kələşovun sözlərinə görə, bu sahənin başlıca problemlərindən biri də kənd təsərrüfatı kreditlərinin təminatsız verilməsi, həmçinin ölkədə Kənd Təsərrüfatı Kreditləri üzrə Zəmanət Fondunun olmamasıdr. «Kreditlərin təminatsız olması bu sahədə risklərin artmasına gətirib çıxarır. İnsanlarda kredit mədəniyyəti artarsa, bank olmayan kredit təşkilatları bu sahəyə daha çox vəsait yatırar, əks halda mövcud vəziyyətdə maliyyə təşkilatları bu sahəyə daha çox həssaslıqla yanaşır, vəsait ayırmağa maraq göstərmir».

S.Kələşov bildirib ki, bu sahədə əhalinin maarifləndirilməsi işlərinə böyük ehtiyac var və bu kimi tədbirləri maliyyə təşkilatları hökumətin dəstəyi ilə həyata keçirməlidir: «Əhali arasında maarifləndirmə işləri davamlı aparılarsa düşünürəm ki, mikromaliyyə sahəsində ciddi inkişafa nail olmaq mümkündür».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR