Azərbaycanda orta aylıq əmək haqqı yaxın 4 ildə 563 manata çatacaq

Azərbaycanda orta aylıq əmək haqqı yaxın 4 ildə 563 manata çatacaq
# 15 oktyabr 2012 14:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2016-cı ildə orta aylıq əmək haqqının 563 manat təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu göstərici hökumətin yaxın illər üçün hazırladığı proqnozlarda əksini tapıb.

Proqnozlara əsasən, 2013-cü ildə bu göstərici 402 manat, 2014-cü ildə 440 manat, 2015-ci ildə 478 manat olacaq. Müqayisə üçün bildirək ki, 2012-ci ildə orta aylıq əmək haqqının məbləği 363 manat səviyyəsində proqnozlaşdırılır.

Beləliklə, əmək haqqının real artım tempi 2012-ci ildə 5,7%, 2013-cü ildə 3,9%, 2014-cü ildə 3,3%, 2015-ci ildə 4,3%, 2016-cı ildə isə 4,2% təşkil edəcək.

Müqayisə üçün bildirək ki, 2012-ci il üçün inflyasiya 4,7%, 2013-cü il üçün 5,7%, 2014-cü il üçün 5,2%, 2015-ci il üçün 4,0%, 2016-cı il üçün isə 4,2% səviyyəsində proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR