Bakıda qaçqınlar və miqrasiya məsələləri mövzusunda beynəlxalq konfrans keçirilə bilər

Bakıda qaçqınlar və miqrasiya məsələləri mövzusunda beynəlxalq konfrans keçirilə bilər
# 05 oktyabr 2012 12:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan 2013-cü ildə Bakıda qaçqınlar, məcburi köçkünlər, “qaçqın” statusu almaq niyyətində olan şəxslər və miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsini təklif edib. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə bir təkliflə Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyası çərçivəsində BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş ilə görüşdə komitə sədri, baş nazirin müavini Əli Həsənov çıxış edib.

Görüşdə A.Quterreş çadır düşərgələrində və digər müvəqqəti sıx məskunlaşma yerlərində məcburi köçkünlərlə keçirdiyi görüşlər zamanı onların üzləşdikləri çoxsaylı problemlərlə yaxından tanış olduğunu deyib. O, öz yurdlarından didərgin düşmüş bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin əldə etdiyi təqdirəlayiq nailiyyətlərin əyani şəkildə şahidi olduğunu bildirib. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımların oxşar problemlərlə qarşılaşan ölkələr üçün müsbət bir nümunə olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR