2013-cü ildə bir neçə istiqamətdə avtomobil yolunun inşası nəzərdə tutulub-SİYAHI

2013-cü ildə bir neçə istiqamətdə  avtomobil yolunun inşası nəzərdə tutulub-<font color=red>SİYAHI</font>
# 27 oktyabr 2012 21:50 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov deyib.

Nəqliyyat nazirinin bildiridiyinə görə, 2013-cü ildə bir sıra avtomobil yollarının inşasına başlanılacaq, bir qismin isə tikintisi başa çatdırılacaq.

Z. Məmmədovun sözlərinə görə, Hacıqabul-Bəhrəmtəpə istiqamətində 112,1 kilometr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə istiqamətində 94 kilometr, Kürdəmir-Yevlax istiqamətində 85 kilometr, Göyçay-Ucar istiqamətində 20 kilometr, Bərdə-Tərtər istiqamətində isə 18 kilometr yolun inşası nəzərdə tutulub. Bu yollar üzərində ümumilikdə 40 körpü tikiləcək.

Nəqliyyat naziri bildirib ki, hazırda Hacıqabul-Horadiz avtomobil yolunun Kür çayı üzərindəki körpüsündə tikinti işləri aparılır. Körpünün ümumi uzunluğu 317,7 metr, eni isə 14,8 metr olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR