Barak Obama seçkilərdəki rəqibinə “Romneziya” diaqnozu qoyub

Barak Obama seçkilərdəki rəqibinə “Romneziya” diaqnozu qoyub
# 20 oktyabr 2012 09:59 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama prezident seçkilərində əsas rəqibi Mitt Romninin “romneziya” adlı xəstəlikdən əziyyət çəkdiyini bildirib. APA-nın məlumatına görə, prezident bununla respublikaçıların namizədinin əsas məsələlər üzrə mövqeyini dəyişmək manerasına istehza edib.

“O, öz mövqeyinin nədən ibarət olduğunu unudur və elə bilir ki, siz də bunu unudacaqsınız”. Barak Obama bu fikirləri Virciniyada tərəfdarları qarşısında çıxış edərkən deyib.

Respublikaçılar isə Obama administrasiyasını Benqazidə ABŞ konsulluğuna hücumun təşkilinə və səfirin öldürülməsinə yol verməkdə ittiham edirlər.

Obama və Romni arasında üçüncü debat noyabrın 22-də keçiriləcək. Prezident bu dəfə debatların xarici siyasət mövzusuna həsr olunacaqğını deyib.

Qeyd edək ki, ictimai rəy mərkəzləri debatların ilk raundunu Mitt Romninin, ikinci raundu isə Barak Obamanın qazandığını bəyan ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR