Fransa XİN: Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda danışıqlar prosesinin kəsilməməsi vacibdir

Fransa XİN: Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda danışıqlar prosesinin kəsilməməsi vacibdir
# 12 oktyabr 2012 09:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Fransa Xarici İşlər Nazirliyi Milli Assambleyanın üzvü Valeri Buayenin (Valerie Boyer) Ramil Səfərovun ekstradisiyası və əfv olunmasına XİN-in münasibətini öyrənmək üçün 1 ay əvvəl göndərdiyi deputat sorğusuna cavab verib. APA-nın xəbərinə görə, Fransa XİN-in “Rəsmi qəzet”də dərc olunan cavabında bildirilir ki, nazirlik artıq bu məsələyə münasibətini ifadə edib: “Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda danışıqlar prosesinin kəsilməməsi vacibdir”.

Açıqlamada qeyd olunur ki, Fransa ATƏT-in Minsk Qrupunu həmsədri olaraq öz vəzifələrini yerinə yetirməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində çalışmağa davam etmək niyyətindədir: “Bu məqsədlə yaxın günlərdə və həftələrdə bizim hər iki ölkə ilə yüksək səviyyəli təmaslarımız olacaq”.

Xatırladaq ki, V. Buaye uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin müəllifidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR