«Azərbaycan Dəmir Yolları» QSC-nin debitor borcu 200 mln. dolları keçib

«Azərbaycan Dəmir Yolları» QSC-nin debitor borcu 200 mln. dolları keçib
# 15 oktyabr 2012 08:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında «Azərbaycan Dəmir Yolları» QSC-nin ümumi gəlirləri 166,1 mln. manat təşkil edib ki, bunun da 154,8 mln. manatı yük daşımaları, 11,3 mln. manatı sərnişin daşımalarının payına düşüb. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin rəisi Arif Əsgərov bildirib.

A.Əsgərovun sözlərinə görə, hesabat dövründə dəmir yolunda görülmüş iş və xidmətlərə çəkilmiş xərclər 158,8 mln. manat, mənfəət isə 7,3 mln. manat olub. Ümumi gəlirdən 51 mln. manat işçilərin əmək haqlarının ödənilməsinə, 10,5 mln. manatı Dövlət Sosial Müdafiə Fonduna, 3,3 mln. manat dövlət büdcəsinə hesablanmış müxtəlif növ vergilərin ödənilməsinə, 27,6 mln. manat istifadə olunan elektrik enerjisi, yanacaq və su haqlarının ödənilməsinə və 31,6 mln. manat materiallara sərf edilib.

A.Əsgərov bildirib ki, hesabat dövrünün sonuna müəssisənin debitor borcu 170,2 mln. manat, kreditor borcu isə 59,8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR