Ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub - FOTO

Ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub - <font color=red>FOTO</font>
# 29 oktyabr 2012 14:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstanda rəsmi səfərdə olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki ölkənin ədliyyə nazirləri arasında keçirilən görüşdə çıxış edən F. Məmmədov elektron ədliyyənin inkişafı, eləcə də penitensiar islahatlar barədə geniş məlumatlar verib.

Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən Bolqarıstanın ədliyyə naziri ədliyyə naziri Diana Kovaçeva ölkəsində aparılan hüquqi islahatlar zamanı Azərbaycanın müsbət təcrübəsindən faydalanacağını vurğulayıb. Bolqarıstanlı nazir ölkəmizin ədliyyə və məhkəmə sistemindəki nailiyyətlərinə böyük maraq göstərərək onlarla yerində tanış olmağın əhəmiyyətini bildirib.

Səfər zamanı F. Məmmədov Bolqarıstanın Hökumət başçısı Boyko Borisov, Bolqarıstan Xalq Məclisinin sədri Tsetska Tsaçevlə, Bolqarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Rəmzi Osmanla, Konstitusiya Məhkəməsinin sədri Yevgeniy Tançev, Ali Kasassiya Məhkəmənin sədri Lazar Qruyev, Baş Prokuror Boris Velçev ilə, habelə Ali Məhkəmə Şurasında, Milli Ədliyyə İnstitutunda görüşlər keçirilib. Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin tədrisi və etik davranışı müzakirə edilib, beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Bolqarıstanın ən böyük məhkəməsi olan Sofiya Şəhər Məhkəməsinə baş çəkilib, onun fəaliyyəti ilə tanış olunub.

Bolqarıstanın regionları ilə tanışlıq məqsədilə Qabrovo vilayətinə səfər edilib, vilayətin başçısı, şəhərin meri, dairə məhkəməsinin sədri və prokuroru, bələdiyyələr ilə keçirilmiş görüşlərdə təcrübə mübadiləsi aparılıb, habelə Şəki ilə qardaşlaşmış şəhər olan Qabrovonun mədəni-tarixi abidələri ilə tanış olunub.

Tədbirlərdə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR