Azərbaycan neft hasilatını uzunmüddətli perspektivdə stabil saxlamaq niyyətindədir

Azərbaycan neft hasilatını uzunmüddətli perspektivdə stabil saxlamaq niyyətindədir
# 01 noyabr 2012 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2014-cü ildə neft hasilatının stabil olacağı gözlənilir. Hazırda bununla bağlı müvafiq işlər aparılır ki, 2014-cü ildən etibarən neft hasilatının stabilliyi uzunmüddətli perspektivdə təmin olunsun. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, 2013-cü ildə Azərbaycanda neft hasilatının bu ilki səviyyədən az olmayacağı gözlənilir.

ARDNŞ başçısı əlavə edib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri, Çıraq, Günəşli» yataqlar blokundan 2014-cü ildə 35 mln. ton neftin hasil olunacağı proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR