Türkiyədə 3 PKK terrorçusu məhv edilib

Türkiyədə 3 PKK terrorçusu məhv edilib
# 12 oktyabr 2012 01:38 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Tunceli vilayətində PKK terrorçuları içində polis nəfərinin olduğu avtomobilin qabağını kəsiblər. Baş verən atışma nəticəsində polis nəfəri və bir terrorçu yaralanıb. Digər terrorçu isə məhv edilib. Atışmada hadisə yerində olan 2 nəfər mülki şəxs də yaralanıblar.

Qəhrəmanmaraş vilayətinin Pazarcık ilçəsində isə polislər və terrorçular arasında baş verən atışmada 2 terrorçu məhv edilib. Bölgədə əməliyyat davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR