Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin sessiyasında iştirak edib

Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin sessiyasında iştirak edib
# 02 oktyabr 2012 14:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hökumətinin nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 63-cü sessiyasına qatılıb. Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş sessiyanı açaraq gündəlikdəki məsələlərdən danışıb, ötən sessiyadan sonra görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış edib.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Əli Həsənov, DMX rəisi Firudin Nəbiyev, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov və digər şəxslər iştirak ediblər.

Sessiyada məruzə ilə çıxış edən Ə.Həsənov Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün problemindən, Ermənistanın işğalçılıq siyasətindən danışıb.

Üzv dövlətlərin, müşahidəçi qismində İcraiyyə Komitəsinin üzvü olmayan ölkələrin nümayəndələrinin, BMT agentliklərinin və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatların təmsilçilərinin iştirak etdiyi sessiya 5 oktyabr 2012-ci il tarixədək öz işini davam etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR