Azərbaycanın ABŞ-dakı səfirliyində ABŞ Milli Müdafiə İnstitutunun Milli Hərbi Kollecinin professor və tələbə heyəti ilə görüş keçirilib - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyində ABŞ Milli Müdafiə İnstitutunun Milli Hərbi Kollecinin professor və tələbə heyəti ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 19 aprel 2013 06:57 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı səfir Elin Süleymanov iki dövlət arasında münasibətlərin strateji xarakter daşıdığını bildirərək, ölkəmizin ABŞ-la terrorçuluq sahəsində mübarizə, enerji layihələri sahəsində ortaq maraqları bölüşdüyünü və etibarlı tərəfdaşlığın formalaşdığını qeyd edib.

Regional enerji və infrastruktur layihələrindən bəhs edən diplomat bu layihələrin regionun ümumi inkişafına töhfə verəcəyini deyib. Sonra E.Süleymanov Ermənistan-Azərbaycan münaqişəsi barədə iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, ABŞ-ın da həmsədrlərindən biri olduğu ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində münaqişənin ədalətli həllinin tapılması, Azərbaycan və erməni xalqının ümumi rifahına xidmət edəcək və regionun daha da inkişafı üçün yeni perspektivlər açacaq. Görüş zamanı həmçinin regiondakı təhlükəsizlik məsələləri, o cümlədən dəniz təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 1946-cı ildən fəaliyyət göstərən bu mötəbər təhsil müəssisəsi ABŞ Müdafiə Departamentinin yüksək səviyyəli qərargah və komanda vəzifələri üçün hərbi və mülki mütəxəssislər hazırlayır. Kollecin tələbələrinin 75%-i müxtəlif növ xidmət növlərinin polkovnik rütbəli zabitlərindən, 25%-i isə Dövlət Departamenti və digər federal idarə və təşkilatların nümayəndələrindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR