Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
# 28 aprel 2015 14:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Sənan Baxışova ifadə vermək təklif olunub. Lakin S. Baxışov ifadə verməkdən imtina edib. Bildirib ki, Allahın hökmündən başqa bütün hökmləri inkar edir və suallara cavab verməyəcək. Buna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Təqsirləndirilən Ruslan Cəfərov, Əhməd Həsənov və Maarif Mərdanov da ifadə verməkdən imtina ediblər. Məmmədşah Məmmədəliyev isə ifadəsində Suriyaya getdiyini təsdiq edib. Bildirib ki, oraya müharibədən əziyyət çəkən müsəlmanlara kömək etmək üçün gedib və “Cəbhətül Nüsra” adlı dini qrupun üzvü olduğunu, heç bir silahlı təlimdə iştirak etmədiyini deyib.

Məhkəmə prosesi mayın 5-i davam edəcək.

Qeyd edək ki, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 26 nəfər saxlanılıb.

Onların cinayət işləri ayrı-ayrılıqda qrup şəklində icraata verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR