"JPMorgan": Dünya bazarında neftin bir barelinin qiyməti 65 dollara enə bilər

"JPMorgan": Dünya bazarında neftin bir barelinin qiyməti 65 dollara enə bilər
# 13 noyabr 2014 12:12 (UTC +04:00)

Bu barədə “APA-Economics” “İnterfaks” agentliyinə istinadən məlumat verir.

“Dünya iqtisadiyyatında artım tempinin gözlənilənlərdən aşağı olması neft bazarında tələbatın təklifi üstələməsi ilə nəticələnib. Bu isə OPEK-ə üzv olan ölkələr tərəfindən kvotanın azaldılmasına zəmin yaradıb. Lakin, hazırkı vəziyyətdə əsas problem ondan ibarətdir ki, OPEK-ə üzv olan ölkələr noyabr ayında baş tutacaq növbəti iclasda neftin hasilatının azaldılması ilə bağlı ortaq məxrəcə gələ bilməyəcək”, - deyə bankın icmalında bildirilir.

“JPMorgan” analitikləri hesab edir ki, əgər OPEK noyabrda neft hasilatının kvotasını aşağı salınması ilə bağlı qərar qəbul etməsə, qiymətlər bir barelə görə 70 dollara qədər aşağı düşə bilər.

Bankın hesablamalarına görə, 2015-ci ilin yanvar ayında neftin bir bareli 65 dollara qədər enəcək.

Bununla yanaşı, bankın analitikləri hesab edir ki, neftin qiymətinin sürətlə azalması OPEK-ə üzv olan ölkələrin “qara qızıl”ın hasilatını azaltmağa stimul verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR