Müsavat başqanı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Müsavat başqanı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb
# 15 dekabr 2014 10:42 (UTC +04:00)

Bakı – APA. Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün partiyanın mərkəzi qərargahında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüşüb.

Partiyadan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycanla ABŞ arasında əlaqələr və digər məsələlər müzakirə olunub.

Dağlıq Qarabağ probleminin hazırkı durumu və həlli ilə bağlı da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR