“Zalsburq”un baş məşqçisi: “Qarabağ” Bundesliqada oynasa, “Top-komanda”lardan olar”

“Zalsburq”un baş məşqçisi: “Qarabağ” Bundesliqada oynasa, “Top-komanda”lardan olar”
# 01 avqust 2014 09:19 (UTC +04:00)

Bakı – APA. “Qarabağ”a uduzmağımız rüsvayçılıq deyil. Çünki Ağdam təmsilçisi də yaxşı komandadı”. Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la Bakıdakı ilk oyununda 1:2 hesabı ilə uduzan avstriyalıların çalışdırıcısı həmin qarşılaşmanı unuda bilmir.

Zalsburqa qayıdandan sonra mətbuatın sərt tənqidləri ilə üzləşən Hütter verdiyi açıqlamada məğlubiyyətdən danışıb: “Düşünürəm ki, “Qarabağ” Avstriya Bundesliqasında oynasa, “Top-komanda”lardan olar. Bakıdan qayıdandan sonra bir daha həmin qarşılaşmanı izlədim, lazım olan təhlilləri apardım. Amma nəticə oyuna görə olmadı. Matçboyu biz daha yaxşı idik. Bu məğlubiyyətə görə bizi çox tənqid edirlər. Amma çərşənbə günü məsələyə tam aydınlıq gətirəcəyik. Cütün taleyini Bakıda həll etmək istəyimiz alınmadı. Artıq evdə qalib gəlməliyik”.

Qeyd edək ki, “Zalsburq” – “Qarabağ” cütünün cavab oyunu avqustun 6-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR