Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesin vəfat edib

Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesin vəfat edib
# 07 noyabr 2015 00:55 (UTC +04:00)

Bakı-APA. Rusiyanın keçmiş mətbuat naziri və “Qazprom-media” ASC-nin sabiq rəhbəri Mixail Lesin vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Lesin 1999-2004-cü illərdə Rusiyanın mətbuat, teleradio yayımı və kütləvi kommunikasıya vasitələri üzrə nazir vəzifəsində çalışıb.

O, həmçinin 2013-2015-ci illədrə “Qazprom –Media Xoldinq” ASC-nin İdarə Heyətinin sədri olub.

Məlumata görə, Lesin 58 yaşında Vaşinqtonda ürək tutmasından keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR