Azərbaycan prezidenti Türkiyə baş nazirinə zəng edib

Azərbaycan prezidenti Türkiyə baş nazirinə zəng edib
# 08 iyun 2015 13:54 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti Ə. Davudoğluna rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibəti ilə təbriklərini çatdırıb.

Türkiyə baş naziri göstərilən diqqətə və təbrikə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

İ. Əliyev və Ə. Davudoğlu ölkələrimiz arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR