Kolumbiyada üsyançıların hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub

Kolumbiyada üsyançıların hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub
# 18 fevral 2014 02:46 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada üsyançıların hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 3-ü isə yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hücum asayiş keşikçiləri ölkənin şimalındakı Antiokiya departamentində narkotik bitki plantasiyasını məhv edərkən baş verib. Qeyd edək ki, bu zonada Kolumbiya İnqilabi Silahlı Qüvvələri və Milli Azadlıq Ordusunun birləşmələri fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR