Qaxda fərdi yaşayış evi yanıb - VİDEO

Qaxda fərdi yaşayış evi yanıb - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 14:43 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün günorta saatlarında Qax şəhəri Şota Rustaveli küçəsində, 79 yaşlı Qax şəhər sakini Vaxtanq Alaqulaşviliyə məxsus, ümumi sahəsi 72 kv. m olan fərdi yaşayış evində baş verib.

Hadisə yerinə dərhal FHN-in Qax rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 3 otaq, mətbəx və şüşəbənddən ibarət birmərtəbəli evin 1 otağının, mətbəxinin və şüşəbəndinin yanar konstruksiyaları içindəki əşyalarla birlikdə 42 kv. m sahədə yanıbr. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən qorunub. Yanğın nəticəsində ev sahiblərindən xəsarət olan olmayıb.

Faktla bağlı FHN-in Qax rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR