İspaniya XİN başçısı: “Azərbaycanla qaz və turizm sahəsində əməkdaşlıqda maraqlıyıq”

İspaniya XİN başçısı: “Azərbaycanla qaz və turizm sahəsində əməkdaşlıqda maraqlıyıq”
# 24 aprel 2014 08:39 (UTC +04:00)

APA-Economics”in məlumata görə, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo bu gün Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumundan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İspaniya şirkətləri hazırda bu məsələləri nəzərdən keçirir. Nazir deyib ki, İspaniya xüsusilə də Cənub Qaz Dəhlizinin tikintisi ilə yaxından maraqlanır.

O, tikinti, telekommunikasiya və suyun idarə edilməsi sahəsində layihələr həyata keçirən aparıcı şirkətləri barədə də danışıb. Nazirin sözlərinə görə, bu sahələrdə qarşılıqlı layihələrin həyata keçirilməsi gözlənilir.

Qarsiya-Marqallo qeyd edib ki, İspaniya Azərbaycanla turizm və otellər şəbəkəsi sahəsində əməkdaşlığın qurulmasına və bu sahəyə yardım göstərilməsində maraqlıdır: “Hazırda Azərbaycanda 30-dan çox İspaniya şirkəti fəaliyyət göstərir. Biz bu şirkətlərinin sayının artırılmasında maraqlıyıq. Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin Madridə səfəri zamanı da müzakirə olunacaq. Səfər çərçivəsində Madriddə seminar keçiriləcək və Azərbaycan şirkətlərinin ölkəmizə marağını artırmağa çalışacağıq. Həm investisiya, həm də ticarət dövriyyəsi baxımından mövcud rəqəmlər iki ölkə arasında iqtisadi potensialı əks etdirmir. Bu rəqəmlərinin artırılması üçün birgə səylərimizi artırmağa çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR