“Qanun” Nəşriyyatının bir neçə əməkdaşı istintaqa çağırılıb

 “Qanun” Nəşriyyatının bir neçə əməkdaşı istintaqa çağırılıb
# 03 mart 2014 13:17 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Qanun” Nəşriyyatı ilə əməkdaşlıq edən bir neçə nəfər Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb.

Nəşriyyatın direktoru Şahbaz Xudoğlunun APA-ya verdiyi məlumata görə, departament tərəfindən xəbərdarlıq bu gün göndərilib: “Mənə müraciət etdilər ki, bizimlə əməkdaşlıq edən bir neçə nəfər Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində dindirilməlidir. Həmin şəxslərin siyahısına yazıçılar - Nəriman Əbdülrəhmanlı, Azər Abdulla, Nadir Qocabəyli və “Qanun” nəşriyyatının əməkdaşları Gülşən Divani, Çiçək Atakişiyeva, Rafiq Mustafayev, Lətafət Qurbanova, Aygün Hüseynova daxildir”.

Qeyd edək ki, ötən il noyabrın 1-də vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə nazirliyin Vergi Auditi Departamenti tərəfindən “Qanun” Nəşriyyat Evində vergi yoxlamasına başlanılıb.

Nəşriyyat 150 min manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR