Göytəpədə sərhədçilərin andiçmə mərasimi keçirilib

Göytəpədə sərhədçilərin andiçmə mərasimi keçirilib
# 23 fevral 2014 13:16 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Fevralın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin Təlim-Tədris Mərkəzində gənc əsgərlərin hərbi andı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, hərbi andiçmə tədbiri hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun gənc əsgərləri salamlaması ilə başlayıb.

Daha sonra DSX-nin şəxsi heyət üzrə baş idarənin rəisi, general-mayor Azad Ələkbərov şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edərək, sərhədlərimizin gənc qurucularına çətin və şərəfli işlərində uğurlar arzulayıb. Andiçmə mərasimində gənc əsgərlərin valideynləri övladlarını təbrik edərək, onlara Vətənin sərhədlərini göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.

DSX rəisi, general-leytenant Elçin Quliyevin təbrik teleqramının mətni oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.

Şəxsi heyət nizami addımlarla tribuna önündən keçib.

Mərasim başa çatdıqdan sonra A. Ələkbərov gənc əsgərlərin valideynləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR