Azərbaycan əhalisinin 2,5 milyon nəfərdən çoxu uşaqlardır - VİDEO

Azərbaycan əhalisinin 2,5 milyon nəfərdən çoxu uşaqlardır - <span style="color: red;">VİDEO
# 30 may 2014 08:50 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Hazırda Azərbaycan əhalisinin iki milyon beş yüz min nəfərdən çox hissəsini uşaqlar təşkil edir”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan tədbirdə deyib.

Komitə sədri bildirib ki, qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür: “Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Erkən nikah və qız uşaqlarının təhsildən yayınması, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması aktual məsələlərdən biridir. Lakin dövlətin bu istiqamətdə apardığı davamlı siyasətin uğurlu nəticələrini izləmək sevindiricidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR