Gələcək Azərbaycan Partiyasının təsis qurultayının vaxtı məlum olub

Gələcək Azərbaycan Partiyasının təsis qurultayının vaxtı məlum olub
# 14 fevral 2014 15:36 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Gələcək Azərbaycan Partiyası (GAP) Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, toplantıda rayon təşkilat komitələrinin protokolları və qurultay nümayəndələri qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi tərəfindən təsdiq edilib.

Toplantıda qurultaya hazırlıq məqsədi ilə Təşkilat Komitəsinin üzvləri arasında iş bölgüsü aparılıb.

Partiyanın təsis qurultayının fevralın 23-də AXCP-nin qərargahında keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR