Nobel mükafatına namizədlər arasında Vladimir Putinin də adı var

Nobel mükafatına namizədlər arasında Vladimir Putinin də adı var
# 05 mart 2014 11:50 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bunu Norveçin Nobel İnstititunun direktoru Geyr Lundestad deyib.

Onun sözlərinə görə, 2014-cü ildə mükafata rekord sayda – 278 namizəd, o cümlədən 47 təşkilat iddialıdır.

Komitə üzvləri Ukraynadakı hadisələri nəzərə almaqla, müvafiq siyahıya öz təkliflərini əlavə edib.

“Görüşümüz müəyyən mənada son hadisələri müzakirə etməkdir. Komitə üzvləri hadisələrin inkişaf istiqamətini axtarıb tapmağa çalışırlar”, - deyə Lundestad bildirib.

Qeyd edək ki, Putinlə yanaşı siyahıda Roma papası Fransisk, pakistanlı fəal Malalə Yusufzay, MKİ-nin sabiq əməkdaşı Edvard Snouden də adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR