Qanunsuz ov hallarının qarşısını almaq üçün növbəti reydlər keçirilib 

Qanunsuz ov hallarının qarşısını almaq üçün növbəti reydlər keçirilib 
# 03 mart 2014 07:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Fevralın 16-28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ayrı-ayrı regionlarda qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə bağlı keçirilmiş reydlər zamanı 10 nəfər saxlanılaraq, onlardan ümumilikdə 10 ov tüfəngi, 47 patron və qanunsuz ovlanılmış 10 quş götürülüb.

Faktlarla bağlı akt və protokollar tərtib edilərək 9 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada, ümumilikdə 9000 manat məbləğində cərimə olunub. Sənədlərini təqdim etməyən 1 nəfər qanun pozucusu barəsində toplanmış materiallar və maddi sübut kimi götürülüb ov silahı isə təqsirkar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbəsinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR