Əli İnsanovun İman Nağıyevə qarşı iddiası əsasında keçiriləcək məhkəmənin vaxtı məlum olub

Əli İnsanovun İman Nağıyevə qarşı iddiası əsasında keçiriləcək məhkəmənin vaxtı məlum olub
# 25 fevral 2014 11:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə qarşı qaldırdığı iddia əsasında keçiriləcək məhkəmə prosesinin vaxtı məlum olub.

APA-nın məlumatına görə, iddia əsasında məhkəmənin hazırlıq iclası fevralın 28-də keçiriləcək. Prosesə 1 saylı Bakı - İnzibati İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədova sədrlik edəcək.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən proses zamanı səs buraxmayan şüşə qəfəsə salınmasına etiraz edən Ə. İnsanov məhkəmənin sədri İman Nağıyevə qarşı iddia ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR