Xaçmazda telefon mağazasından oğurluq edilib - FOTO - VİDEO

Xaçmazda telefon mağazasından oğurluq edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 24 fevral 2014 08:04 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Fevralın 23-dən 24-nə keçən gecə Xaçmaz rayonunda oğurluq faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini İntiqam Bayramova məxsus telefon mağazasından müxtəlif markalı 22 telefon və 870 manat pul oğurlanıb. Mağaza sahibi bildirib ki, ona ümumilikdə 2000 manat dəyərində ziyan dəyib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR