Azərbaycan baş nazirinin müavini: “Erməni xalqı səbirsizliklə Dağlıq Qarabağ münaqişəsinin başa çatmasını gözləyir” - VİDEO

Azərbaycan baş nazirinin müavini: “Erməni xalqı səbirsizliklə Dağlıq Qarabağ münaqişəsinin başa çatmasını gözləyir” - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 10:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İranın “İmam Xomeyni İmdad Komistəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması ilə əlaqədar tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini, Qaçqınlar və Məcbur Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqdan heç nə qazanmayıb: “Azərbaycan prezidentinin xarici siyasətinin istiqamətlərdən biri bütün ölkələrlə, ilk növbədə qonşularla dostluq, mehribanlıq şəraitində əməkdaşlıq etməkdir. Bizim də ətrafımızda Türkiyə İran, Rusiya və Gürcüstan kimi dost, qardaş qonşu ölkələr var. Bu gün düşmən mövqeyində olan Ermənistan da Azərbaycanın qonşusudur. Azərbaycanla Ermənistan qonşuluq etməyə məhkumdur. Biz bunu dərk edirik, amma çox təəssüflər olsun ki, Ermənistan rəhbərliyi bunu dərk etmir. Biz bilirik, erməni xalqı səbirsizliklə gözləyir ki, bu münaqişə nə vaxt qurtaracaq və onlar da bir ağ günə çıxacaqlar”.

Ə.Həsənov əlavə edib ki, Ermənistanın təcavüzkar, faşist rejimi işğaldan əl çəkmir, çünki onlar bu problem üzərində öz kapitallarını formalaşdırıblar və bu problemdən əl çəkən kimi onların da hakimiyyətinin sonu çatacaq: “Biz Türkiyə, Rusiya, Gürcüstan və İranla mehriban qonşuluq edirik. İndi növbə Ermənistanındır. Biz onlarla qonşuluq etmişik, etməyə də hazırıq. Zəhmət çəksinlər öz təcavüzkar mövqelərindən əl çəksinlər və onlar da bu qonşuluğa qoşulsunlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR