Astaranın mərkəzi bazarındakı yanğın söndürülüb - YENİLƏNİB 2 - FOTOSESSİYA - VİDEO

Astaranın mərkəzi bazarındakı yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB 2  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 fevral 2014 16:38 (UTC +04:00)

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkəran və Masallı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən əlavə olaraq daha iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların birgə səyləri ilə saat 19.00 radələrində yanğın lokallaşdırılıb.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 5000 kvadratmetr olan bazarın 1500 kvadratmetr ərazisi yanaraq sıradan çıxıb. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir. Faktla bağlı araşdırma aparılır.

***

16.16

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Astaranın mərkəzi bazarında baş verən yanğınla bağlı ilkin məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Astara şəhərindəki mərkəzi bazarda yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

16.16

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib.

Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkərandakı Yanğından Mühafizə Hissəsindən də daha bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

***

15:48

Bakı. Hafiz Heydərov - APA. Astara rayonunun mərkəzi bazarı yanır.

Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, yanğın saat 15.00-da başlayıb.

Astara rayonunun mərkəzi bazarında baş verən yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR