Baş toksikoloq: “Bu ay dəm qazından zəhərlənən 28 nəfər xəstəxanaya yerləşdirilib”

Baş toksikoloq: “Bu ay dəm qazından zəhərlənən 28 nəfər xəstəxanaya yerləşdirilib”
# 14 fevral 2014 10:30 (UTC +04:00)

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, fevral ayı ərzində ölkədə dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə 41 müraciət olunub. Onun sözlərinə görə, müraciət edənlərdən 28 nəfəri xəstəxanaya yerləşdirilib. Dəm qazından zəhərlənənlər arasında qadınların üstünlük təşkil etdiyini deyən A.Maqsudov qeyd edib ki, onların 70%-i qadın, 30%-i isə kişilərdir. Müraciətlərin daha çox paytaxt və Bakıətafı ərazilərdən daxil olduğunu deyən toksikoloqun fikrincə, həyət evlərində bina evlərinə nisbətən daha çox hadisə qeydə alınır: “Keçən ilin fevral ayında isə müraciətlər daha çox idi. Fevralın 15-dək mərkəzə daxil olan müraciətlərin sayı 50-55-i keçmişdi. Ötən illə müqayisədə bu il müraciətlərin sayı nisbətən azdır. Bu da havaların normal keçməsi ilə əlaqədardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR