Qəbələdə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Qəbələdə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 26 iyun 2014 02:30 (UTC +04:00)

APA-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüləri və bir nəfər sərnişini qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR