Bakıda «Ford Transit» avtomobillərindən oğurluq edən şəxslər tutulub

Bakıda «Ford Transit» avtomobillərindən oğurluq edən şəxslər tutulub
# 10 mart 2014 08:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində avtomobillərdən oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 22-nə keçən gecə Çingiz Sadatxanova məxsus «Ford Transit» markalı avtomobilin yük yerindən 2000 manat dəyərində kolbasa-sosiska, martın 4-nə keçən gecə Alatava-II yaşayış massivində yaşayan Zəka Quliyevə məxsus «Ford Transit» markalı avtomobildən spirtli içkilər, Yeni Yasamal-I-də Vidadi Nağıyevə məxsus «Ford Transit» markalı avtomobildən videopleyer, videokamera, yaddaş kartı, açar dəsti, Adil Fərəcova məxsus «Ford Transit» markalı avtomobildən ehtiyat təkəri, Xiyabani küçəsində Ruslan Hacıyevə məxsus «Ford Transit» markalı avtomobildən şüşəni sındırmaqla ərzaq məhsulları oğurlanıb.

Baş Polis İdarəsi Təhlükəsizlik Şəhər Xidmətinin və Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsini əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobillərdən oğurluq edən Sumqayıt şəhər sakinləri Samir Əliyev və Şamil Əmirov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR