Dow Jones indeksi 0,2%, S&P 500 0,01% enib, Nasdaq 0,1% yüksəlb

Dow Jones indeksi 0,2%, S&P 500 0,01% enib, Nasdaq 0,1% yüksəlb
# 06 mart 2014 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 16 360 bəndədək, S&P 500 0,01% - 1 874 bəndədək enib, Nasdaq 0,1% - 4 358 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərin dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında martın 5-də FTSE 100 indeksi 0,7% - 6 775 bəndədək, Almaniya DAX-ı 0,5% - 9 542 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,1% - 4 391 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 338,00 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3725 dollar (-0,04%) təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR