Ukraynanın keçmiş baş prokuroru barəsində axtarış elan olunub

Ukraynanın keçmiş baş prokuroru barəsində axtarış elan olunub
# 25 fevral 2014 22:39 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə baş prokuror səlahiyyətlərini icra edən Oleq Maxnitski bildirib.

“İş qətl faktlarına görə başlanıb, orada 50-dək insanın adı hallanır. Ola bilsin fiqurantların sayı artırılsın”, deyə Maxnitski bildirib. Digər vəzifəli şəxslərin axtarışa verilməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün Viktor Yanukoviç qəsdən qətl törətməkdə şübhəli bilinərək axtarışa verilib. Son məlumatlara görə, Ukraynada kütləvi iğtişaşlar zamanı 82 nəfər ölüb, 724 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR