Təhsil nazirinin Goranboyda keçiriləcək görüşünün vaxtı dəyişib

Təhsil nazirinin Goranboyda keçiriləcək görüşünün vaxtı dəyişib
# 04 mart 2014 14:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərinə müraciət edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarovun 17 mart tarixində Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbulu vaxtında dəyişiklik edilib. Bildirilib ki, təhsil naziri Mikayıl Cabbarov 11 mart saat 11:00-da Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 5, 6 və 7 mart tarixlərində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR